AZ   |   RU
Quterreşin Putinə göndərdiyi məktubda nə deyilir?

BMT-nin baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrov vasitəsilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.


Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.


Bildirilir ki, məktubda Quterreş tərəflərin son zamanlar ifadə olunan mövqelərini və qlobal ərzaq təhlükəsizliyinə təhdidləri nəzərə alaraq, Qara dəniz taxıl təşəbbüsünü təkmilləşdirməyi və genişləndirməyi təklif edib.


Qeyd olunub ki, oxşar məktub sazişi imzalayan digər iki ölkəyə, Türkiyə Ukraynaya da göndərilib.


“Baş katib birgə koordinasiya mərkəzinin işində son vaxtlar yaranan çətinliklərlə bağlı narahatlığını ifadə edib”, - deyə məlumatda vurğulanıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2023, 17:09