AZ   |   RU
Bayden yenidən prezidentliyə namizəd olacaq


ABŞ Prezidenti Co Bayden 2024-cü il seçkilərində namizəd olacağını rəsmən elan edib.

 Missiya.Az
 “izru”ya istinadən xəbər verir ki, o, bu barədə 3 dəqiqəlik videomüraciət yayımlayıb.

“Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq və hələ də mübarizə aparırıq... Gəlin bu işi bitirək", -deyə Bayden bildirib.

Qeyd edək ki, 80 yaşlı Co Bayden yenidən prezident seçilərsə, 86 yaşında ikinci səlahiyyət müddətini başa vuracaq.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-04-2023, 15:54