AZ   |   RU
Ermənilərin mina terroru - erməni quldurlarının mövbəti vəhşiliyi

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 22-də Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb.


Bu gün baş vermiş hadisə Ermənistanın Azərbaycana qarşı törətdiyi ilk təxribat deyil. 44 günlük müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə hərbçilərimizlə yanaşı mülki vətəndaşlarımız da Ermənistanın Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində həyatlarını itiriblər və ya ciddi xəsarət alıblar.


Xatırladaq ki, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdilər.


2020-ci il noyabrın 9-da kapitulyasiya aktına imza atan Ermənistan tərəfi üzərinə bir sıra öhdəliklər götürmüşdü. Həmin öhdəliklərdən biri də Ermənistanın mina basdırılımış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməsini nəzərdə tuturdu. Ancaq müharibənin bitməsindən 3 ilə yaxın  müddət keçməsimə baxmayaraq, Ermənistan həmin xəritələri verməkdən boyun qaçırır. Düzdür, bir dəfə erməni tərəfinin həmin xəritənin Azərbaycana verməsi  ilə bağlı xəbərlər dərc olundu. Ancaq sonra bildirildi ki, Ermənistanın təqdim etdiyi həmin xəritələr saxta imiş. Bu isə İrəvanın növbəti dəfə beynəlxalq hüquqdan boyun qaçırdığını və cinayət əməllərini davam etdirdiyini bir daha ortaya qoymuş oldu.


Görünən odur ki, Ermənistan tərəfi həmin xəritələri hələ də Azərbaycana vermək niyyətində deyil. İrəvan mina basdırılmış ərazilərin xəritəsini verməkdən boyun qaçırdığı müddət ərzində bu cür hadisələr təkrarlana bilər. Bu gün Ermənistanın həmin ərazilərə basdırığı minalar ucbatından insanların oraya sərbəst gedib gəlməsi də hələ ki, mümkün deyil. Hətta müharibədən sonra əldə olunan məlumata görə, Ermənistanın hər il dövlət büdcəsindən orduya ayırdığı pulun yarısı minalara xərclənilirmiş. Bu isə Ermənistanın 30 il ərzində həmin ərazilərə saysız hesabsız mina basdırmasından xəbər verir.


Daşqın Həsənov
Missiya.Az



  • 23-04-2023, 10:29