AZ   |   RU
Qadın həkimi döyən “müharibə əlili” barədə cinayət işi başlanıldı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.

Missiya.Az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirləri ilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


  • 8-06-2021, 15:40