AZ   |   RU
Paşinyan onu satqın adlandıranlara qarşı cəza tədbirlərinə başladı - "Demokratın" diktator üzü

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki təşviqatı zamanı ona qarşı sərt fikirlər səsləndirən şəxslərin cəzalandırılması ilə bağlı əmr verib. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. 

Nəşrin iddiasına görə, Paşinyan ona etiraz edənləri döydürməklə digərlərinə xəbərdarlıq edir və gözünü qorxudur.
 
Sitat: “Kampaniyanın ilk günündəcə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları və bəzi məlumatlara görə biznesmen Xaçatur Sukiasyanın cangüdənləri Armavir əyalətində Paşinyanı satqın adlandıran vətəndaşı döyüblər. Bizə zəng edən vətəndaş bildirib ki, bu yaxınlarda eyni hal İrəvanın Şimal prospektində baş verib” – sitatın sonu.

Məlumatda bildirilir ki, bir neçə gün əvvəl Paşinyana qarşı mənfi fikirlər səsləndirmiş şəxsə  də təzyiq göstərilib. Hadisə Vanadzor şəhərində baş verib. Paşinyanın əleyhinə çağırışlar edən şəxs avtomobilə əyləşdirilib və naməlum istiqamətə aparılıb.
 
Nəşrin xəbərinə görə, Paşinyan 20 iyundan sonra onu tənqid edənlərə qarşı cəza planı hazırlayıb. 

Elvin
Missiya.Az
 


  • 8-06-2021, 15:21