AZ   |   RU
Qafan şəhəri dörd tərəfdən Azərbaycanın nəzarətindədir - Ermənistan mediası yeni fotolar yaydı

Ermənistan mediası Azərbaycan-Ermənistan sərhədinin Qafan rayonu istiqamətindən yeni fotolar yayıb. 

Missiya.Az
xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı şəkillərdə Azərbaycan əsgərlərinin Qafan şəhərini və hava limanını nəzarətdə saxladığı aydın görünür.

Nəşr qeyd edir ki, Azərbaycan hərbçiləri hava limanı ətrafında ən yaxşı mövqelərdə yerləşiblər. 

Sitat: “Əllərində GPS-lə gəliblər və ən əlverişli və yüksək mövqeləri tutublar. Buradan həm Qafan şəhəri, həm də hava limanına nəzarət edə bilirlər. Azərbaycanlılar hakimiyyət orqanlarının icazəsi ilə orada yerləşiblər” – sitatın sonu.  

Bildirilir ki, xüsusilə hava limanından qarşı dağın yamacında dikilmiş Azərbaycan bayrağı və onun yanında rahatlıqla gəzən Azərbaycan əsgərləri aydın görünür.

Sitat: “Kameranı yaxınlaşdırdıq və onların mühəndislik işlərini apardıqlarını gördük. Azərbaycanlılar elə mövqeləri seçiblər ki, oradan hava limanı tam nəzarətdə saxlamaq olur. Kiçik çaplı pulemyotla da hava limanındakı insanlara istədikləri zaman atəş aça bilərlər. Ümumiyyətlə, Qafan dörd tərəfdən də Azərbaycanın nəzarətindədir” – sitanın sonu. 

Xatırladaq ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyasına start verilib. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. 


Elvin
Missiya.Az


  • 8-06-2021, 11:28