AZ   |   RU
İran dronları Ukraynada qanad aça bilməyəcək- ABŞ-dan növbəti həmlə


ABŞ hökuməti Ukraynaya növbəti dəfə hava hücumundan müdafiəyə yönəlmiş böyük hərbi yardım paketi ayırıb.

Missiya.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yardım ABŞ ordusunun İranın  kamikadze dronlarına qarşı sistem axtardığı yanvar müsabiqəsindən sonra verilib.

Qeyd edək ki, Ukraynada qiyməti təxminən 20 min dollar olan, İranın kamikadze dronlarına qarşı bəzən 500 min dollarlıq hava hücumundan müdafiə raketlərindən istifadə edilir. Bu maliyyə itkisinin qarşısını almaq məqsədilə müsabiqənin qalibi olan 
SAIC şirkəti Ukraynaya yeni sistemlər göndərəcək.

Zərintac Mayisqızı
Missiya.Az


  • 7-04-2023, 18:31