"Müharibə mənim həyatımda ən dözülməz hadisədir. Mən nəinki müharibənin, hər hansı döyüş əməliyyatının aparılmasını belə istəməzdim."
Missiya.Az xəbər verir ki, bu fikirləri Ermənistanın 3-cü Prezidenti Serj Sarkisyan 6 iyun tarixində Cermuk şəhərində sakinlərlə görüşü zamanı səsləndirib.
Sitat: Azərbaycan Silahlı Qüvvələri bu gün 6 nəfəri əsir götürüb. Sabah 16 nəfəri, ertəsi gün isə 36 nəfəri əsir götürəcək. Beləliklə bunun sonu olmayacaq. Əgər Paşinyanın ləyaqəti olsaydı baş verən biabırçılıqdan sonra intihar edərdi. And içirəm, əgər baş komandan mən olsaydım, baş verən hadisələrə görə cavabdehliyi şəxsən daşıyardım və bu biabırçılıqdan sonra sadəcə özümü vurardım. Belə həyat kimə lazımdır? Paşinyanın vicdanında 5000 nəfərin ölümü və məğlub olan bir ordu var. Azərbaycanlılar Paşinyanı lağa qoyur, adam yerinə belə saymırlar. Paşinyan sadəcə əskidir”. Sitatın sonu.