AZ   |   RU
Azərbaycan Ordusu ermənilərə daha bir unudulmaz dərs verdi – Ali Baş Komandanın dediyi oldu


Bu gün Azərbaycan Müdafiə Nazirliyi xoş xəbər yaydı. Xəbərdə bildirilir ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.


Azərbair Ordusunun bir güllə atmadan belə bir uğurlu əməliyyatı gerçəkləşdirməsi Ermənistan mətbuatını da etirafa məcbur edib. Onlar bu əməliyyatın yükəsk peşəkarlıqla həyata keçirildiyini yazıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfəri zamanı, eləcə də bugünlərdə Laçın üzrə xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər reallaşmaqdadır. Dövlət başçısı bildirmişdi ki, Azərbaycan öz məqsədlərinə çatacaq və bu işdə ona heç kim mane ola bilməz. Azərbaycan torpaqlarına gizli silah daşınmasına və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq. Ali Baş Komandanın dedikləri bu dəfə də əməli təsdiqini tapdı. Uğurlu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi, strateji yollar nəzarətə götürüldü. 

Bir həftə öncə başını kolda gizlədərək onları heç kimin görmədiyini zənn edən silahlı ermənilər quyruqlarını yenə ələ verdilər. Necə, Laçın, necə Kəlbəcər, necə Ağdam bir güllə atılmadan işğaldan azad olundu, eləcə də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə terrorçuluq yuvası salan ermənilərin yuvaları da qansız-qadasız dağıdıldı. Bu əməliyyat həm də sülhməramlılara bir mesajdır: sizsiz də keçinərik. Azərbaycanın yurdlarını işğaldan təmizləməyə, həmin ərazilərdə nəzarətə nail olmağa və orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının dinc şəraitdə rifah içərisində yaşamasını  təmin etməyə gücü də, qüdrəti də, hüquq da yetər.  


Ceyhun Musaoğlu 



  • 30-03-2023, 19:00