AZ   |   RU
Fazil Mustafaya hücumla Tehradakı səfirliyə hücum eyni motivlidir – Silah da həminkidir


İran rejimi terrorçu əməllərinə sadiq qaldığını, bu siyasətin hələ uzun müddət davam edəcəyini Azərbaycanın millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən silahlı hücumla bir daha təsdiqlədi.


Əlbəttə, istintaq gedir, martın 29-u gecə saatlarında deputata avtomat silahdan kimin, yaxud kimlərin atəş açdığı, bu sifarişin haradan gəldiyi mütləq məlum olacaq. Ehtimallar üzrəində hasil olunan qənaət isə barmaqaları İrana doğru tuşlayıb. 

Hadisə baş verən andan dərhal sonra cəmiyyətdə bir hakim fikir səsləndi: daim cahalətə qarşı kəskin mübarizə aparan, İran İslam Respublikasının din pərdəsi altında Azərbaycanda qarışılıq yaratdığını faktlarla söyləyən Fazil Mustafaya güllələr məhz elə həmin ölkədən atılıb. 

Hadisə baş verən gün İsraildə Azərbaycan səfirliyinin açılış mərasimi keçirilirdi və xarici işlər naziri Ceyhun Bayramov bu ölkədə səfərdə idi. Həmin gün həm də Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı idi. İsrail - İran münasibətləri açıq düşmənçilik səviyyəsindədir. Azərbaycanla İsrailin dostluğundan daim narahatlıq keçirən İranın cəsus şəbəkəsinə isə ölkəmzdə göz açmağa məhz xüsusi xidmət orqanları imkan vermir. İsrail kimi güclü dövlətin Azərbaycana olan xoş münasibətindən, geniş diplomatik əlaqələrindən əndişlənən İran ölkəmizdə sabitliyiə və təhlükəsizliyə yönələn hansı hücumları həyata keçiribsə hüquq mühafizə, o cümlədən xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində arzuları gözlərində qalb. 

Fazil Musatafaya qarşı terrorun 29 mart tarixində gerçəkləşməsi bu çirkin əməlin arxasında İranın dayandığını ehtimalını artırır. Digər tərəfdən, İran Azərbaycanda bu kimi hadisələrə mütəmadi müəlliflik edib. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı son terror hücumunun qanlı izləri hələ də qurumayıb. Oxşarlığa baxın, həmin hadisədə də avtomat silahdan istifadə olunmuşdu. Ümumiyyətlə, terror İranda cinayət sayılmır. İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH bütün dünyada terrorçu təşkilat kimi tanınır. Avropa Parlamenti bu ilin yanvar ayında SEPAH-ın terror təşkilatları siyahısına əlavə edilməsi üçün Avropa İttifaqına çağırış edib. 598 deputat qərarın lehinə, 9-u əleyhinə səs verib. “İnqilab Keşikçiləri öz xalqını və bütün regionu terrorla təhdid etdiyi müddətcə onlara terrorçu kimi yanaşacağıq və onları sanksiyalar siyahısına əlavə edəcəyik”, - deyə almaniyalı deputat Hannah Neumann bildirib. 

İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları tarixdən də hər kəsə məlumdur. Buna misal kimi, akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini göstərmək olar. Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi.

İrandakı molla rejiminin Azərbaycana qarşı nifrətinin səbəbləri heç bir məntiqə söykənmir. Azərbaycan müstəqil ölkədir və siyasətində dinc qonşuluq, səmimi dostluq prinsipinə həmişə sadiq qalıb. İranda yaşayan 40 milyonluq azərbaycanlının haqqı illərdir tapdananda belə, Azərbaycan bu ölkənin daxili işlərinə qarışmadan soydaşlarının haqqlarının pozulmasına etiraz edib. İnsan haqqları, demokratiya bir ölkənin daxili işləri ola bilməz. Bu baxımdan İranda soydaşlarımıza yönələn qərəzli münasibətə qarşı Azərbaycan ictimaiyyətinin etirazı təbiidir. İransa işğalçı ölkə Ermənistanla məkrıi iş birliyi qurmaqla insana zidd əməllərinə son qoymayacağını, Qarabağda vəhşiliklər törədən ermənilərlə eyni xislətdə olduğunu göstərməkdədir. 

Tarix sübut edir ki, Azərbaycana qarşı səhv mövqedə olan ölkələr belə bir davranışdan həmişə özləri ziyan çəkiblər. İranın da eyni aqibəti yaşayacağı qaçılmazıdır. 


Anar İsaoğlu 



  • 30-03-2023, 18:57