AZ   |   RU
İranın terrorçu mahiyyəti - DTX-nın peşəkar fəaliyyəti Tehranı narahat edir

 
Ziya Bünyadov və Rafiq Tağının qətlindən Fazil Mustafaya qarşı sui-qəsdə qədərki terror trayektoriyası

Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra, Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır;

- Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib. Hadisə, İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin, Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir;

- Tarixdən də İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Buna misal kimi, akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini göstərmək olar. Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi;

- Ümumilikdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir;

- İran mahiyyət etibarı ilə terrorçu dövlətdir. İran terrorundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də əziyyət çəkir.

Missiya.Az



  • 30-03-2023, 18:48