AZ   |   RU
Ərdoğan NATO rəhbərinə Türkiyənin Finlandiyanın üzvlüyünü təsdiqləyəcəyini vəd edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə İsveçin və Finlandiyanın Alyansa üzvlük prosesini müzakirə ediblər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.

Ərdoğan bu qərarı Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə izah edib.



  • 17-03-2023, 22:07