13 mart tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib.Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən ölkə Prezidenti bildirdi ki, bu gün enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir.
Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən ölkə Prezidenti bildirdi ki, bu gün enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır.Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olmasına, eyni zamanda, «Əsrin müqaviləsi»ndən ötən dövr ərzində uğurlarımıza və Cənub Qaz Dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında imzalanan sənəd Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli və etibarlı tərəfdaş kimi seçilməsinin göstəricisi sayılır.
İşğaldan azad olunmuş ərazilərin ölkə başçısı tərəfindən enerji zonası elan edilməsi partnyor şirkətlərin bu işə marağını artırıb. Azərbaycanın enerji investisiyalarında mühüm payı olan BP-nin artıq Cəbrayılda 230 meqavatlıq yeni günəş enerji stansiyasının tikilməsi haqqında qərarı bu sahəyə öz töhfəsini verəcək. Zəngəzur dəhlizi vasitəsilə ötürülməsi nəzərdə tutulan enerji xətti üçün artıq Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir.
Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək. Azərbaycanın bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə hədəflərə zamanında nail olmağa əsas verir.
Nurlan Hüseynov
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi