AZ   |   RU
Avropa çempionatında 4 medal qazanan yunan-Roma güləşçiləri Vətənə qayıdıblar


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yığmanın heyətində Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.



  • 16-03-2023, 22:51