AZ   |   RU
Xameneinin ailəsi dövlət əmlakını mənimsəməkdə ittiham olunur

 

İranın ali rəhbəri Seyid Əli Xameneinin ofisinə tabe olan şirkətlərdə işləyən qohumları dövlət əmlakını mənimsədikləri üçün barələrində cinayət işi başlanılıb. 

Missiya.Az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə “Əlinin Ədaləti” haker qrupu Tehran Prokurorluğunun məsələyə dair sənədini yayıb. 

Bildirilib ki, Tehran şəhər İnqilab Prokurorluğu ali rəhbər Xameneinin ofisinə bağlı iki şirkəti dövlət əmlakını mənimsəməkdə, qanunsuz mülkiyyət əldə etməkdə və etibardan sui-istifadə də günahlandırıb.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 16-03-2023, 15:33