AZ   |   RU
AVRO-2020-nin qalibi proqnozlaşdırıldı


Futbol üzrə Avropa çempionatının favorit komandası açıqlanıb.

Missiya.Az xəbər verir ki, ABŞ-ın "Goldman Sachs" investisiya bankının analitikləri yarışın nəticələrini proqnozlaşdırıb.

Bankın iqtisadçıları Sven Yari Şteyn və Kristiann Şnittkerin hazırladığı hesablama modelinə əsasən Belçika yığması turnirin qalibi olacaq. Onlar finalda İtaliya seçməsini məğlub edəcək.

Yarımfinalda Belçika Portuqaliyadan, İtaliya isə İspaniyadan güclü olacaq. Danimarka və İngiltərə 1/4 final mərhələsində AVRO-2020-dən kənarlaşacaq.

İngiltərə 1/8 final mərhələsində Almaniyaya qalib gələcək, son dünya çempionu Fransa isə eyni raundda Niderland səddini keçə bilməyəcək.

Eyni zamanda, Belçika Danimarkanın ardından qrupunu ikinci pillədə başa vuracaq.

"Goldman Sachs" analitikləri ELO sistemindən istifadə ediblər. 1980-ci ildən təxminən 6 min oyun analiz edilib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.

  • 3-06-2021, 11:41