AZ   |   RU
Azərbaycan neftinin qiyməti 71 dolları keçib


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,71 ABŞ dolları, yaxud 1 % artıb.

Missiya.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,28 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


  • 3-06-2021, 11:02