AZ   |   RU
Avropa çempionatları: Vaqif Cavadov ən gənc debütantlar arasında


Avropa çempionatı və seçmə mərhələlərində ən gənc yaşda oyuna çıxan futbolçuların siyahısı açıqlanıb.

Missiya.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının 9-cu pilləsində Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov qərarlaşıb.

Hazırda klubsuz olan 32 yaşlı yarımmüdafiəçi AVRO-2008-in seçmə mərhələsinin 2006-cı il sentyabrın 2-də keçirilmiş Serbiyaya qarşı səfər oyununda debüt edib. Cavadovun 17 yaş 100 gününə təsadüf etmiş qarşılaşmada rəqib Serbiya millisi olub. Səfər oyunu Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:0.

Lixtenşteyn seçməsinin sabiq oyunçusu Peter Yehle isə 1998-ci il oktyabrın 14-də AVRO-2020-nin seçmə oyununda 16 yaş 265 günündə ikən Azərbaycan seçməsini 2:1 məğlub etdikləri qarşılaşmada debüt edib. O isə üçüncü sırada yer alıb.

Siyahıya norveçli Martin Edeqor başçılıq edir. Hazırda icarə əsasında İngiltərə "Arsenal"ında çıxış edən yarımmüdafiəçi 2014-cü ildə 15 yaş 300-cü günündə AVRO-2016-nın Bolqarıstana qarşı seçmə matçında oynayıb. İkinci yeri isə islandiyalı sabiq yarımmüdafiəçi Siqurdur Yonsson tutur. O, ilk dəfə 16 yaş 251 günündə - 5 iyun 1983-cü ildə Maltanı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada milli komanda formasını geyinib.

  • 3-06-2021, 10:52