AZ   |   RU
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mətbəx avadanlıqları alacaq

Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mətbəx avadanlıqlarının satın alınması üçün açıq tender elan edib.

Missiya.Az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 25-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 6-sı, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr iyulun 7-də, saat 15:00-da Portalda açıqlanacaq.


  • 3-06-2021, 10:02