Bazar 8 İyun 2025 / 2:27:13
                    AZ   |   RU
ABŞ "Əl-Qaidə" başçısı haqqında məlumat verənə 7 milyon dollar təklif edir


ABŞ Dövlət Departamenti “İslam məğribi ölkələrində Əl Qaidə” terror qruplaşmasının rəhbəri Əbu Ubayda Yusuf əl-Anabinin olduğu yerinin müəyyənləşdirilməsi ilə bağlı informasiyaya görə 7 milyon ABŞ dolları məbləğində pul mükafatı təklif edib.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Depatamentinin press-relizində bildirilir.

"Dövlət Departamentinin proqramı “İslam Məğribi ölkələrindəki Əl-Qaidə” terror təşkilatının lideri Əbu Ubayda Yusuf əl-Anabinin yerini və ya şəxsiyyətini təyin edən məlumatlara görə 7 milyon dollar mükafat təklif edir", - deyə sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, 2020-ci ilin noyabrında qrup, əvvəlki başçı Əbdülmalik Drukdelin 2020-ci ilin iyun ayında Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən zərərizləşdirilməsindən sonra əl-Anabini yeni lider elan edib.

  • 3-06-2021, 09:32