İranın cənub şərqindəki Lar şəhərində 7 məktəbin şagirdlərini zəhərləyən 5 nəfərlik qrup saxlanılıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər şagirdləri zəhərlədiklərini etiraf ediblər.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, cinayəti şəhər xəstəxanasının həkimi, onun qızı və üç sinif yoldaşı törədib. Onların hamısı həbs olunub.
"Məktəblərin içərisinə azot səpmişik. Hazırkı hakimiyyətə münasibətimiz mənfidir", - məhbuslardan biri deyib.
Həmçinin məlum olub ki, bir neçə ay əvvəl adı çəkilən beş şəxsdən üçü hökumət əleyhinə nümayişlər zamanı saxlanılıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az