Avropa İttifaqı (Aİ) Türkiyə və Suriyaya yardım donorlarının beynəlxalq konfransını Rusiyanın iştirakı olmadan keçirəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Məlumata görə, 20 mart tarixində Brüsseldə Avropa Komissiyası və İsveçin Aİ Şurasındakı rəyasət heyəti dağıdıcı zəlzələdən zərər çəkmiş Türkiyə və Suriya xalqlarına yardım donorlarının beynəlxalq konfransını keçirəcək.
Tədbir Türkiyə hökuməti ilə koordinasiya əsasında baş tutacaq.
Bildirilib ki, konfransa Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və İsveçin Baş naziri Ulf Kristersson sədrlik edəcəklər.
Leyla SƏMƏNDƏR
Missiya.Az