AZ   |   RU
Kreml Gürcüstandakı etirazlarda Rusiyanın əli olmasını istisna edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstandakı etirazlarda Rusiyanın əli olmasını istisna edib.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, Peskov jurnalistlərin suallarına cavabında Rusiyanın Gürcüstanda parlamentin müzakirəsinə çıxarılan xarici agentlərlə bağlı qanun layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib. 

“Hər halda qonşu ölkədir. Gürcüstanla münasibətlərimiz olmasa da, oradakı vəziyyət bizi narahat etməyə bilməz. Əlbəttə, sərhədlərimiz boyunca sakitlik olması vacibdir”, - deyə o vurğulayıb.

Dmitri Peskov, həmçinin qeyd edib ki, Tbilisidəki qarşıdurma Kremldə narahatlıq doğurur.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 9-03-2023, 15:02