AZ   |   RU
“Taxıl müqaviləsinin uzadılması çətin məsələdir” - Lavrov

“Taxıl müqaviləsi üzrə öhdəliklərin bir hissəsi ümumiyyətlə yerinə yetirilmir, ona görə də onun uzadılması məsələsi mürəkkəbdir”. 
Missiya.Az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Xatırladaq ki, taxıl müqaviləsinin müddəti martın 18-də başa çatır. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Qərb “paket”in Rusiya hissəsinin həyata keçirilməsini sabotaj etməklə BMT-nin baş katibi Antonio Qutereşin humanitar təşəbbüsünü “dəfn edir”.


Daşqın Həsənov
Missiya.Az


  • 9-03-2023, 14:59