AZ   |   RU
Erməni hərbçi özünü asıb

Müddətli hərbi xidmət keçən əsgərin meyiti meşədə ağacdan asılmış vəziyyətdə tapılıb.

Missiya.Az
xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsi bu gün baş vermiş əsgər ölümü hadisəsinin təfərrüatlarını açıqlayaraq bildirib.

Məlumata görə, hadisə Tavuş vilayətində baş verib. Qeyd olunub ki, faktla bağlı "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 9-03-2023, 14:57