Avropa İttifaqının Gürcüstandakı nümayəndə heyəti ölkənin hakim partiyasının xarici təsirin şəffaflığı haqqında qanun layihəsini parlamentdən geri götürməsi qərarını alqışlayıb.
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mesajında deyilir.
Avropa İttifaqı Gürcüstanın bütün siyasi liderlərini Avropayönlü islahatları bərpa etməyə çağırıb.
“Biz hakim partiyanın xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin geri götürülməsi ilə bağlı bəyanatını alqışlayırıq. Biz Gürcüstanın bütün siyasi liderlərini 12 prioritetə uyğun olaraq inklüziv və konstruktiv şəkildə avropapərəst islahatları yeniləməyə çağırırıq ki, Tbilisi namizəd statusu alsın”, - deyə bəyanatda vurğulanıb.
Daşqın Həsənov
Missiya.Az