“Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün prosedurları iyun ayında Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək sammitə qədər başa çatdırmaq niyyətindədir”.
Missiya.Az ”BELTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ŞƏT-in baş katibi Çjan Minqlə görüşü zamanı deyib.
“Təşkilata qanuni olaraq tamhüquqlu üzv olmaq üçün Belarusda müəyyən hüquqi prosedurlar həyata keçirilməlidir. Biz ŞƏT-də əvvəllər qəbul edilmiş qərarlara qoşulmalıyıq. Biz qarşımıza iddialı məqsəd qoymuşuq ki, bu yolu Yeni Dehli sammitinə qədər bu il ərzində başa çatdıraq. Amma bizə dəstək olsanız, başqaları üçün yaxşı təcrübə olar. Üstəlik, biz müşahidəçi kimi Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmağa ciddi hazırlaşırdıq. Buna görə də, biz iyun ayına qədər, Yeni Dehlidə yenidən görüşəcəyimiz vaxta qədər mütləq müddətə çata biləcəyik”, - deyə Lukaşenko vurğulayıb.
Belarus lideri qeyd edib ki, bizim imkanlarımız bütün ŞƏT üzvlərinə də məlumdur:
“Mən sadəcə olaraq soruşmaq istərdim ki, bizim təşkilata qanuni şəkildə daxil olmamız prosesində Belarusla bağlı hər hansı narahatlığınız və ya sualınız varmı”, - deyə Lukaşenko bildirib.
Daşqın Həsənov
Missiya.Az