NATO strateji hərbi-siyasi səviyyədə qərarların qəbulu və məsləhətləşmə mexanizmlərinin sınaqdan keçirilməsini əhatə edən böhranın idarə edilməsi üzrə təlimlər keçirir.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 1992-ci ildən bəri 23-cü dəfə keçirilən təlimdə İsveç və Finlandiya ilə yanaşı, müttəfiq ölkələr də iştirak edir.
Mənbənin sözlərinə görə, təlimlərə NATO-ya üzv ölkələrin mülki və hərbi qərargahları, həmçinin strateji komandanlıqlar cəlb olunacaq.
"Təlimlər hibrid mühitdə mürəkkəb mülki-hərbi ssenariyə kompleks cavabların hazırlanmasını əhatə edəcək. Təlimlər martın 15-dək davam edəcək", - deyə məlumatda vurğulanıb.
Əvvəllər Finlandiya və İsveç artıq belə manevrlərdə iştirak ediblər. Lakin bu il iki ölkə ilk dəfə olaraq NATO-ya “namizəd ölkə” kimi təlimə qatılıb.
Qeyd olunub ki, təlim zamanı bir sıra Aİ qurumları ilə kadr mübadiləsi aparılacaq.
Daşqın Həsənov
Missiya.Az