Çeçenistan lideri Ramzan Kadırov səhhətindəki problemlərə görə istefa verə bilər.Missiya.Az haber7.com-a istinadən xəbər verir ki, ötən aylarda qazaxıstanlı jurnalist Azamat Maytanov sosial media hesabında yazdığı mesajda Kadırovun ciddi böyrək problemi səbəbindən ölümcül xəstə ola biləcəyini iddia etmişdi.
Kadırovun böyrək xəstəliyinə tutulması və zəhərlənməsi ilə bağlı iddialara cavab olaraq Putinin Kadırovun oğlu Ahmet Kadırovla görüşdüyü üzə çıxıb.
Görüşlə bağlı açıqlama verilməsə də, Putinin Ahmet Kadırovla görüşü diqqətlərin yenidən Çeçenistana yönəlməsinə səbəb olub.
Hüseyn Babayev
Missiya.Az