AZ   |   RU
Rusiya kütləvi raket hücumuna başlayıb

Rusiya Silahlı Qüvvələrinin Lvov vilayətinə raket hücumu nəticəsində 4 nəfər həlak olub. 

Missiya.Az
"Rbk Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, hadisə vilayətin Zoloçevski rayonunda baş verib. Məlumata görə, ölənlərdən 2-si kişi, 2-si isə qadındır. 3 yaşayış binası, 3 avtomobil və qaraj yanıb. Yanğınlar söndürülüb. 

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 9-03-2023, 13:31