Mərakeş hakimiyyəti Əlcəzair – İran hərbi əlaqələri ilə əlaqədar həyəcan təbili çalır.
Missiya. Az xəbər verir ki, bu barədə ABŞ-dan olan köşə yazarı Levillin King “Boston Herald” qəzetində yazdığı məqalədə qeyd edib.
Müəllif xatırladıb ki, ötən ilin sonunda Rabat Tehranı Şimali və Qərbi Afrikada sabitliyi pozmaqda, həmçinin “Səhravi” separatçı qruplaşmasına pilotsuz təyyarələr göndərməkdə ittiham edib.
Qeyd edək ki, Afrikanın ən böyük və ən yaxşı təchiz edilmiş iki ordusu - Mərakeş və Əlcəzair arasında birbaşa hərbi toqquşma potensialı var.
“Bir neçə ay bundan əvvəl Mərakeşin BMT-dəki səfiri Ömər Hilal bəyan etmişdi ki, İran Suriya, Yəmən, İraq və Livanda sabitliyini pozduqdan sonra növbəti mərhələdə Şimali və Qərbi Afrikada regionunda da sabitliyi pozmağa cəhd göstərir” – yazıda qeyd olunur.
Amerikalı analitik qeyd edir ki, Mərakeş diplomatları İran təhlükəsi məsələsini mütəmadi olaraq Qərb hökumətləri qarşısında qaldırırlar.
“Mərakeşin narahat olmağa əsasları var, çünki İranın bölgəyə daşıdığı dronlar, husilərlə Səudiyyə Ərəbistanı arasında olan hərbi toqquşmalardakı rolu oynaya bilər, Mərakeşin kurortlarına, hərbi qurumlarına, mülki infrastrukturuna zərər dəyə bilər”,
Müəllif həmçinin qeyd edir ki, Mərakeşin İsraillə yaxşı münasibətlərə olması İran tərəfindən təhdidlərlə qarşılanır.
“Bu məqsədlə Tehran Şimali Afrikada silahlı qruplaşmaların maliyyələşdirilməsinə, eləcə də bölgəyə göndəriləcək silahların hazırlanmasına xeyli vəsait yatırır”, - deyə Levillin King vurğulayıb.