AZ   |   RU
TV Musavatın yayımı bərpa edilib


Artıq martın 4-də – hücumdan 3 gün sonra TV Musavat yenidən izləyicilərin görüşünə gəlib.

Missiya.Az
xəbər verir ki, bu barədə qurumun təsisçisi və rəhbəri Rauf Arifoğlu məlumat yayıb.

“Biz artıq yenidən efirdəyik və qaldığımız yerdən davam edirik”, - deyə Rauf Arifoğlu bildirib. 

Qeyd edək ki, “Yeni Müsavat” Media Qrupuna daxil olan və yetərincə geniş auditoriya toplamış TV Musavata haker hücumu olmuşdu. Martın 1-də baş vermiş hadisə nəticəsində TV-nin Youtube kanalı ələ keçirilmiş, məzmunu tam olaraq silinmişdi.

Məsələyə dair martın 2-də açıqlama verən Qrupun rəhbəri Rauf Arifoğlu vurğulamışdı ki, kanalın bərpası istiqamətində iş gedir.

  • 4-03-2023, 20:52