AZ   |   RU
Azərbaycan səfirliklərində Xocalı qurbanlarının xatirəsinə bayraqlar endiriləcək


Bu gün Azərbaycanın xaricdəki səfirliklərində Xocalı faciəsinin qurbanlarının xatirəsinə dövlət bayraqları endiriləcək.

Missiya.Az xəbər verir ki, Azərbaycanın Yaponiya və Malayziyadakı diplomatik nümayəndəliklərində artıq bayraqlar endirilib.

Səfirlik əməkdaşları həmçinin Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş məlumatverici aksiyalar da keçiriblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib.

Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.








  • 26-02-2021, 10:13