AZ   |   RU
YAP-ın nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər - FOTOLAR
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Partiya nümayəndələri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.


  • 26-02-2023, 17:30