Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anılıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, ekofəallar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ərazidə olan avtomobillər səs siqnalları verib, etirazçılar faciə qurbanlarını anıblar.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 77 gündür davam edir.