AZ   |   RU
Şahin Diniyev: "Asan qollar buraxmağımız məni narahat edir"


"Asan qollar buraxmağımız məni narahat edir. Bunu yavaş-yavaş düzəltməliyik".

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis matçın sürətli və qarşılıqlı hücumlar şəraitində keçdiyini bildiirb: "Mənə elə gəlir ki, azarkeşlər üçün də maraqlı görüş alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Amma biz qələbəyə bir qədər yaxın idik. İstənilən halda lider komandalardan birinə qarşı bu cür oynamaq mənim üçün xoşdur. Şadam ki, hər həftə artırır, daha yaxşı çıxış etməyə çalışırıq. Yeni transferlər də onlardan gözlədiyimizi verə bilirlər. Fiziki hazırlıqla bağlı müəyyən çatışmazlıqlar olsa da, meydançanın hər qarışı uğrunda vuruşdular".

O, qarşılaşmanın əvvəlində zədələnərək yerini Mirabdulla Abbasova verən Franko Mazurekin durumuna da toxunub: "Bu gün ilk dəfə romb şəklində, hücumçusuz oynamaq istəyirdik. Bir həftə bunun üstündə işləmişdik. Məqsədimiz iki pleymeykerlə mübarizə aparmaq idi. Lakin Mazurekin zədələnməsi planımızı pozdu. Onu itirmək çox pis oldu. Bu gün MRT müayinəsindən sonra həkimlər bizə məlumat verəcəklər. Onun oynaması bizim üçün olduqca önəmlidir. Ümid edirəm ki, zədəsi uzunmüddətli deyil.

Çünki burxulma var. Fikrimcə, növbəti oyuna kimi hazır olar. Amma MRT müayinəsindən sonra daha dəqiq bilinəcək".

  • 24-02-2023, 22:23