İranda narazı kütlələrin molla rejimi əleyhinə keçirdikləri etiraz aksiyaları səngimək bilmir.
Dünyanın müxtəlif ölkələrində yaşayan iranlılar da etirazçılara dəstək olmaq məqsədilə aksiyalar keçirirlər. Terrorçuları himayə edən molla rejimi etirazlara və beynəlxalq sanksiyalara məhəl qoymadan etirazçıları cəzalandırmağa davam edir.
Aparılan araşdırma və hesabatlara görə İranda ötən il sentyabrın 17-dən bu il fevralın 19-a kimi ümumxalq etirazlarında 530 etirazçı öldürülüb. Onlardan 71-i uşaqdır. Habelə 19763 etirazçı həbs olunub. Həbs edilənlərdən 181 nəfəri uşaqdır.
Bütün bunlara baxmayaraq narazı xalq kütlələri etirazlarını davam etdirir və İran hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırırlar.
Nəriman Sultanoğlu
Missiya.Az