AZ   |   RU
“Ukraynada dünya nizamının taleyi həll olunur” - Zelenski

“Ukraynada indi qaydalara əsaslanan dünya nizamının taleyi həll olunur”.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu xalqa videomüraciəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Məhz indi Ukraynada qaydalara, insanlığa və proqnozlaşdırıla bilən dünya nizamının taleyi həll olunur. Bu gün isə ABŞ prezidenti Co Baydenlə mən, xüsusən də Rusiyanın başlatdığı müharibədə ümumi qələbəmiz üçün bu il hər şeyi necə edəcəyimizi danışdıq”, - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Baydenin Kiyevə səfəri Ukraynanın bütün dünya üçün nə qədər davamlı və vacib olduğunu nümayiş etdirdi.

“Bu gün simvolik idi. Genişmiqyaslı müharibənin 362-ci günüdür və biz azad ölkəmizin paytaxtında qüdrətli müttəfiqimiz – ABŞ-nın prezidentini qəbul edir və onunla Ukraynanın gələcəyi və iki ölkə arasındakı münasibətləri danışırıq. Bu, Ukraynanın nə qədər dayanıqlı olduğunun göstəricisidir. Ukrayna dünya üçün nə qədər önəmlidir”, - deyə Zelenski vurğulayıb.
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 21-02-2023, 09:54