AZ   |   RU
Azərbaycanlının hazırladığı cihaz Kahramanmaraşda14 nəfəri xilas edib

Azərbaycan vətəndaşı Ceyhun Xəlilov hazırladığı xüsusi cihazın köməyi ilə Türkiyənin şəhərində axtarış-xilasetmə əməliyyatında xilasedicilərə kömək edir. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, onun aparatının köməyi ilə bu günə kimi 14 nəfər dağıntılar altından çıxarılıb.
Ceyhun Xəlilov bildirib ki, qardaş ölkədə baş verən zəlzələlərdən xəbər tutan kimi fəlakət zonasına göndərilməyə hazırlaşan xilasedici dəstənin tərkibinə daxil edilməsini xahiş edib.

Qeyd olunub ki, onun hazırladığı cihazın iki kamera və səs yazıcısı var:

“Bu cihaz sayəsində o, dağıntıları qeydə almağı və zərərçəkənlərlə əlaqə saxlamağı bacarır. Yaxın məsafələr üçün endoskopik kamera, daha uzaq nöqtələr üçün isə "higra kamera" istifadə olunur. O, canlı insan tapmağa müvəffəq olduqda, yaxınlıqda başqa insanların olub-olmadığını öyrənmək üçün səs yazıcısından istifadə edir. Ceyhun Xəlilov daxil olan məlumatı AFAD əməkdaşlarına və ya digər xilasedicilərə ötürür. Onun aparatının köməyi ilə artıq 14 nəfər dağıntılar altından çıxarılıb”, - deyə məlumatda bildirilir.

Ceyhun Xəlilov nə qədər lazımdırsa, fəlakət zonasında qalacağını deyib. 
 
Daşqın Həsənov
Missiya.Az


  • 16-02-2023, 18:11