“Belarus səfərbərlik elan etmək niyyətində deyil, xalqımız sülh şəraitində yaşaya bilər”.
Missiya.Az “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko xarici və ölkə KİV-lərinə müsahibəsi zamanı deyib.
“Bizim Hərbçilərimiz xidmətlərini yerinə yetirirlər. Biz heç bir səfərbərlik elan etməmişik və bunu həyata keçirmək fikrində deyilik”, - deyə Lukaşenko vurğulayıb.
Belarus lideri bildirib ki, biz müharibəyə elə hazırlaşırıq ki, ölkəmizə qarşı heç bir təcavüz olmasın.
Lukaşenko qeyd edib ki, belaruslar bu məsələdə tam sakit ola bilərlər.
Daşqın Həsənov
Missiya.Az