AZ   |   RU
Şahmat üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub, lider dəyişməyib

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib.

Missiya.Az "Report"a istinadən xəbır verir ki, növbəti yarış günündə daha beş qarşılaşma baş tutub.

Turun yeganə heç-heçəsi Xanım Balacayeva və Nurtan Nuriyeva arasındakı görüşdə qeydə alınıb. Ləman Hacıyeva Zeynəb Məmmədyarovaya, Səbinə İbrahimova Türkan Məmmədyarovaya, Xəyalə Abdulla Nərmin Abdinovaya, Gövhər Beydullayeva isə Gülnar Məmmədovaya qalib gəlib.

3,5 xalla lider olan Ayan Allahverdiyeva bu tur istirahət edib. Beydullayeva və Balacayeva hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürür. 4, 5 və 6-cı pillələrdə 2,5 xalla müvafiq olaraq, İbrahimova, Abdulla və T. Məmmədyarova qərarlaşıblar. 2 xala malik Hacıyeva, Z. Məmmədyarova və Məmmədova 7-9 yerləri bölüşdürür. 1 xalı olan Abdinova və Nuriyeva isə sonuncu - 10 və 11-ci sıralarda yer alıblar.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manatdır.


  • 8-02-2023, 22:56