AZ   |   RU
Abşeronda quşçuluq fabrikində yanğın olub
 
Abşeron rayonunda quşçuluq fabrikində yanğın olub.

Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fabrikin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • 3-02-2023, 10:03