Slovakiya parlamenti siyasi böhran fonunda ölkədə növbədənkənar seçkilərin 2023-cü il sentyabrın 30-da keçirilməsinə razılıq verib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Sentyabrın sonunda seçkilərin keçirilməsinə 92 deputat səs verib. Bunu təsdiqləmək üçün azı 90 səs lazım idi.
Bundan əvvəl parlament üzvləri Slovakiyada əvvəllər mümkün olmayan növbədənkənar seçkilərin keçirilməsinə icazə verən Konstitusiyaya düzəliş qəbul ediblər.
Slovakiyada parlament seçkiləri 2024-cü ildə keçirilməli idi.