AZ   |   RU
Nazir: "Laçın yolundan sui-istifadənin dayandırılması barədə tələblər hələ də yerinə yetirilməyib"

Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələbləri təəssüf ki, hələ də yerinə yetirilməyib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

Nazir xatırladıb ki, blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsası yoxdur.


  • 31-01-2023, 22:45