AZ   |   RU
"İrəvan hakimiyyəti dövlət maraqlarını Qərbə satmaqla məşğuldur" - Erməni jurnalist

"Beş il əvvəl hakimiyyəti güc yolu ilə ələ keçirmiş axmaqlar başa düşmürlər ki, demokratiyanı Qərbə “satmaq” tamamilə mənasız fəaliyyətdir. Onlar dərk etmirlər ki, Qərb ölkələrinin rəhbərliyi xarici siyasət məsələlərində heç vaxt demokratik normaları rəhbər tutmayıb. Xarici siyasətin prinsipi geosiyasi maraqlardır, demokratiya isə ən yaxşı halda daxili istifadə mexanizmidir. Bu, Ermənistanın Avropa dövlətlərüstü strukturlarındakı nümayəndələrinə dəfələrlə deyilib".

Missiya.Az xəbər verir ki, bu sözləri "Hraparak" jurnalisti Vaxtanq Siradeqyan deyib.

Jurnalist bildirib ki, İrəvan hakimiyyəti avropalı siyasətçilərlə təmasda geosiyasi maraqları rəhbər tutaraq daim Ermənistanın demokratik xarakterindən sui-istifadə etməyə çalışırlar.

Onun sözlərinə görə Qərb nümayəndələri Ermənistanda baş nazir Nikol Paşinyanın dövründə əslində hansı demokratiyanın bərqərar olmasından xəbərsizdirlər. 

Siradeqyan qeyd edib ki, Qərb dairələri ölkəmizdə baş verənlərdən tamamilə xəbərsizdirlər: "Onlar Ermənistan haqqında yalnız Paşinyanın və ya onun axmaqlarının çıxışları sayəsində təsəvvür əldə edirlər", - deyə erməni jurnalist vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 26-01-2023, 23:24