AZ   |   RU
Ter-Petrosyan Azərbaycan və Türkiyəni təhdid edən erməni siyasətçilərə səsləndi: "Xalq yeni itkilər yaşayacaq"

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycan və Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

Missiya.Az
xəbər verir ki, Ter-Petrosyan Azərbaycan və Türkiyəyə qarşı kəskin ifadələr səsləndirən, düşmənçiliyi davam etdirən erməni siyasətçilərə sərt tənqid edib.
 
O bildirib ki, seçkilər yaxınlaşdıqca, Ermənistan hökumətindəki bəzi qüvvələr və diaspor nümayənləri Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik ritorikasını artırıblar. Ter-Petrosyan bu ritorikanın erməni xalqı üçün ziyanlı olduğunu deyib.

“Yenə müharibədən sonra boş və mənasız fikirlər səsləndirilir. Türkiyə və Azərbaycan təhdid edilir. Seçkilər müddətində bu təhdidlər daha da artacaq. Bu erməni xalqı üçün məğlubiyyət və qəm anlamına gəlir. Demək ki, xalq yeni itkilər və xəyal qırıqlığı yaşayacaq”. 

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra erməni cəmiyyətində ciddi çalxalanmalar yaşanır. Cəmiyyət müharibə zamanı verilmiş itkilərdən ciddi sarsıntı keçirib, gələcəyə ümidlərini itirblər. Xalq ölkədəki heç bir siyasi qüvvəyə ciddi dəstək nümayiş etdirmir. 
 
Elvin
Missiya.Az


  • 24-05-2021, 18:01