İ
sveçin Türkiyənin paytaxtı Ankaradakı səfirliyi mümkün nümayişlərə görə bağlıdır.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Ötən həftə sonu səfirlik qarşısında toplaşan qəzəbli kütlə müxtəlif şüarlar səsləndirib, İstanbuldakı konsulluğun qarşısında toplaşan etirazçılar isə İsveç bayrağını yandırıblar.
Bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasından sonra İsveç NATO-ya üzv olmaq səylərində rəsmi Ankaranın dəstəyinə ümid edə bilməz.
Xatırladaq ki, yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” Partiyasının lideri Rasmus Paludan Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran kitabını nümayişkaranə şəkildə yandırıb. R.Paludan çıxışında NATO, Türkiyə və Ərdoğanı tənqid edib, eləcə də Məhəmməd Peyğəmbərin karikaturasını nümayiş etdirib.