“Qərb ölkələrindən olan həmkarlar ev sahibi dövlətlərə təzyiq göstərməyə və onları ABŞ-ın xeyrinə davranmağa məcbur etməyə çalışırlar”.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Hara getsəm, bizim qərbli həmkarlarımız hansısa yolla müdaxilə etməyə çalışırlar. Buna təəccüblənmirəm. Belə vəziyyətdə keçmiş müstəmləkə imperiyalarının və indi hökmranlıq etmək istəyənlərin əmrlərini deyil, qanuni milli maraqları rəhbər tutan bütün tərəfdaşlarımızın mövqeyini yüksək qiymətləndirir və hörmətlə yanaşırıq”, - deyə Rusiyalı nazir əlavə edib.
Zərintac MAYİSQIZI
Missiya.Az