AZ   |   RU
ABŞ və Azərbyacan arasında əməkdaşlıq müzakirə edilib


Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bunu Rəşad Nəbiyev Tvitter hesabında yazıb.

"ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru və digər üzvləri ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində görülmüş işlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və ABŞ şirkətləri ilə əməkdaşlıq barədə danışdıq", - o, qeyd edib


  • 22-05-2021, 12:22