AZ   |   RU
Döyüşdən qaçan 160 erməni əsgər İranda saxlanılır

İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda erməni hərbçi İrana qaçıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, İrana qaçan erməni hərbçilərin sayı məlum olsa da, rəsmi Tehran qeyri-müəyyən səbəblərdən onları Ermənistana təhvil verməyib:
"Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İran İslam Respublikasında təxminən 160 erməni əsgəri var. Bu yaxınlarda yüksək rütbəli İran hərbçilərinin Ermənistana gəlişinin səbəblərindən biri də döyüşlər zamanı sərhədi pozaraq digər ölkəyə keçmiş həmin əsgərlərin geri qaytarılması ilə bağlı məsələlərin müzakirəsi olub. Mənbələrin bildirdiyinə görə, erməni əsgərlər müharibənin qızğın günlərində qanunsuz şəkildə İranın dövlət sərhədini keçiblər və o vaxtdan bəri qonşu ölkənin ərazisində saxlanılırlar".
Məlumatda, həmçinin qeyd edilib ki, sərhədi keçmiş əsgərlərin İranın hansı bölgəsində və hansı vəziyyətdə saxlanılması barədə xəbər gizli saxlanılır.


  • 22-05-2021, 11:15